Türkiyənin Təkirdağ bölgəsindən axan Kamara çayı qırmızıya boyanıb.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, çayın rənginin dəyişdiyini görən yerli sakinlər vəziyyəti aidiyyəti qurumlara çatdırıblar.
Artıq müvafiq analizlər üçün çaydan nümunələr götürülüb. Hadisənin səbəbini müəyyən etmək məqsədilə araşdırmalara başlanılıb.
Milli.Az