Türkiyədə çay al rəngə boyandı - VİDEO

18 Aprel 2022 13:00

Türkiyənin Təkirdağ bölgəsindən axan Kamara çayı qırmızıya boyanıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, çayın rənginin dəyişdiyini görən yerli sakinlər vəziyyəti aidiyyəti qurumlara çatdırıblar.

Artıq müvafiq analizlər üçün çaydan nümunələr götürülüb. Hadisənin səbəbini müəyyən etmək məqsədilə araşdırmalara başlanılıb.

Milli.Az