Türkiyə

16 yaşlı nişanlı qızın boğazını kəsdi - İnternetdə tanış olmuşdular - VİDEO

17 Fevral 2022 15:24
0 Şərh     Baxış: 3 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Girəsun vilayətində dəhşətli hadisə baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, 21 yaşlı Hüseyin Can adlı şəxs, sevgilisi 16 yaşlı qızın nişanlandığını eşidəndə qəzəblənib. O, Sıla Şentürkün evinə gəlib və onun boğazını kəsərək qətlə yetirib. Gənc, valideynlərin evdə olmadığı vaxt qızın evinə gələrək hadisəni törədib. Evdə qızın nənəsi olub. Nənə hadisə barədə qonşulara məlumat verib. Polisin axtarışları nəticəsində gənc saxlanılıb.

Məlumata görə, Hüseyin Canla Sıla Şentürk internetdə tanış olublar. Bir müddət sonra 21 yaşlı gənc 16 yaşlı qızı qaçırıb. Lakin qızın valideynlərinin şikayətindən sonra qız tapılaraq ailəsinə təhvil verilib. Ardınca valideynlər qızı məcburi şəkildə başqasına nişanlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.