Türkiyə

Türkiyədə inanılmaz: 16 kq qızıl bu üsulla oğurlandı

10 Fevral 2022 11:18
0 Şərh     Baxış: 1 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Ağrı vilayətinin Doğubəyazid ilçəsində inanılmaz oğurluq hadisəsi baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, çay məcrası üzərində yerləşən zərgərlik mağazasından 16 kq qızıl və 1 kq gümüşün oğurlandığı məlum olub.

Hadisə yerinə gələn polislər oğruların çay yatağı və ətrafını betonlayaraq binanın zirzəmisinə çatdığını müəyyən ediblər.

Belə ki, cinayətkarlar mağazanın içərisinə daxil olmadan sadəcə zinət əşyalarının saxlanıldığı seyfin olduğu hissəni kəsərək oradan müxtəlif qızıl və gümüş məhsullarını ələ keçiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.