Türkiyənin Erzurum şəhərinə yağan güclü qar və şaxtalı hava şəraitindən sonra yaşayış binalarının damından sallanan nəhəng sırsıralar sakinlərin həyatına təhlükə törədib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aidiyyəti qurumlara gözlənilən təhlükə ilə əlaqədar sakinlərə xəbərdarlıq ediblər.
Öz növbəsində Ərzurum Böyükşəhər Bələdiyyəsinin işçiləri damlarda yığılan buz kütlələrinin təmizlənməsi üçün ərazilərə xüsusi briqadalar göndərib.
Milli.Az