Uzunluğu üç metrə çatan sırsıralar sakinlərin həyatına təhlükə yaradıb - VİDEO

4 Fevral 2022 20:48

Türkiyənin Erzurum şəhərinə yağan güclü qar və şaxtalı hava şəraitindən sonra yaşayış binalarının damından sallanan nəhəng sırsıralar sakinlərin həyatına təhlükə törədib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aidiyyəti qurumlara gözlənilən təhlükə ilə əlaqədar sakinlərə xəbərdarlıq ediblər.

Öz növbəsində Ərzurum Böyükşəhər Bələdiyyəsinin işçiləri damlarda yığılan buz kütlələrinin təmizlənməsi üçün ərazilərə xüsusi briqadalar göndərib.

Milli.Az