İdman

“Mançester Yunayted”ə yeni baş məşqçi təyin olundu

29 Noyabr 2021 17:30
1 Şərh     Baxış: 1 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Mançester Yunayted" klubunda baş məşqçi təyinatı rəsmiləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Premyer Liqa təmsilçisi açıqlayıb.
Ralf Ranqnik mövsümün sonunadək komandanın baş məşqçisi olacaq. 63 yaşlı almaniyalı mütəxəssis müqaviləsi bitdikdən sonra daha iki il məsləhətçi kimi çalışacaq.

Ranqnikin işçi vizası həll olunanadək komandaya Maykl Karrik rəhbərlik edəcək.

Qeyd edək ki, Ole-Qunnar Sulşerin istefasından sonra "Mançester Yunayted"ə müvəqqəti Karrik başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory