İdman

Braziliyalı hücumçu final matçında qeyri-adi simulyasiyaya əl atdı - VİDEO

28 Noyabr 2021 16:22
0 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın "Palmeyras" klubunun futbolçusu Deyverson "Flamenqo"ya 2:1 hesabı ilə qalib gəldikləri Libertadores Kubokunun final oyununda etdiyi hərəkətlər diqqət mərkəzinə düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, 30 yaşlı hücumçu sözügedən qarşılaşmada qeyri-adi simulyasiyaya əl atıb. Təcrübəli forvard görüşün baş hakiminin yüngül toxunuşundan sonra yerə yıxılaraq vaxt aparmağa çalışıb.

Qeyd edək ki, Deyverson 95-ci dəqiqədə fərqlənərək komandasına Libertadores Kubokunu qazandırıb. O, daha sonra qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.