İdman

Maksim və Qara Konfrans Liqasında ən yaxşılar arasında

27 Noyabr 2021 18:12
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konfrans Liqasının qrup mərhələsinin 5-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın kapitanları Maksim Medvedev və Qara Qarayev ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb. Hər iki futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunda "Omoniya" ilə keçirilən görüşdə 83 dəqiq ötürmə ilə yadda qalıb. Bununla Maksimlə Qara 5-ci turda dəqiq ötürmə baxımından 2-3-cü yerləri bölüşdürür. Milli komandamızın oyunçuları yalnız "Randers"in üzvü Lasse Berq Yonsendən geri qalır. Norveçli yarımmüdafiəçi ÇFR-lə görüşdə 92 dəqiq ötürmə ilə komandasının 2:1 hesablı qələbəsində böyük pay sahibi olub.

Davinson Sançesdə ("Tottenhem") 82, Bruno Martins İndidə ("Alkmaar") isə 81 ünvana çatan pas olub.

Qeyd edək ki, "Omoniya" qollu heç-heçə (2:2) edən "Qarabağ" son tur öncəsi 11 xalla qrupda ikinci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.