İdman

Mahir penaltidən yararlana bilmədi, “Legiya” yenə uduzdu

26 Noyabr 2021 07:05
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avropa Liqasında növbəti matçına çıxıb. Milli.Az matc.az-a istinadən bildirir ki, 24 yaşlı futbolçu Polşanın "Legiya" komandasının İngiltərə "Lester Siti"si ilə səfər matçının iştirakçısı olub.

Azərbaycanlı hücumçu bu oyuna start heyətdə başlayıb. Mahir 25-ci dəqiqədə real qol şansını əldən qaçırıb. O, penaltidən yararlana bilməyib. Emrelinin zərbəsini meydan sahiblərinin qapıçısı Kasper Şmeyxel dəf edib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib. Serbiyalı müdafiəçi bu qolla hesab arasındakı fərqi azaldıb - 1:2. Sonradan daha bir qol vuran meydan sahibləri meydanı 3:1 hesablı qələbə ilə tərk ediblər. Mahir isə 78-ci dəqiqədə əvəzlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.