İdman

Sulşerlə bağlı qərar verildi

21 Noyabr 2021 12:50
0 Şərh     Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşeri istefaya göndərəcəyi dəqiqləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib. O, klub sahibi Coel Qleyzerin Sulşerin qovulmasına razılıq verdiyini bildirib.

Norveçli mütəxəssislə qarşılıqlı razılıq əsasında yolların ayrılması ilə bağlı rəsmi açıqlama artıq hazırdır.

Bildirilib ki, "Mançester Yunayted"in texniki direktoru Darren Fletçer və məşqçi Maykl Karrik Sulşerin əvəzləyicisi tapılanadək komandaya müvəqqəti rəhbərlik edəcək.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 12-ci turunda "Uotford"a 1:4 hesabı ilə uduzub. "Qırmızı şeytanlar" hazırda 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.