İdman

“Bavariya” "Çelsi"nin futbolçusuna ikiqat məvacib təklif etdi

19 Noyabr 2021 15:48
0 Şərh     Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya" Almaniya millisinin futbolçusu Antonio Rudigerin agenti ilə danışıqlara başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi "Çelsi"nin müdafiəçisinə ildə 12 milyon avro ödəməyə hazırdır.

Almaniya nəhənginin təklif etdiyi rəqəm Rudigerin London klubundakı qazancından iki dəfə çoxdur. Antonionun özü İngiltərə klubunda qalmağın tərəfdarıdır. Lakin bunun üçün "Çelsi" onun maaşını ciddi şəkildə artırmalıdır.

Qeyd edək ki, müqaviləsi yayda başa çatacaq müdafiəçi 2017-ci ildən "Çelsi"də çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.