İdman

Şahruddin Məhəmmədəliyev ən çox qol buraxan və ən çox qurtarış edən qapıçılardandır

12 Noyabr 2021 10:12
0 Şərh     Baxış: 1 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun ilk oyunlarında sonra statistik göstəricilər açıqlanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qol buraxan qapıçılardandır.

27 yaşlı oyunçu 8 görüşdə 18 dəfə məyus olub. San Marinonun qapıçısı Elia Benedettini qapısında 32, Lixtenşteyndən Benyamin Büxel 28, Maltadan Genri Bonello isə 24 qol görüb.

Bundan əlavə, Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında Benedettini ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki oyunçu 44 dəfə komandalarını qoldan xilas edib. Siyahıya isə 57 "seyv"lə Benyamin Büxel başçılıq edir.

Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakıda Lüksemburqa 1:3 hesabı ilə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.