İdman

Koronavirusa yoluxduğu üçün Bakıya gəlməyəcək

9 Noyabr 2021 08:32
0 Şərh     Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lüksemburq millisinin əsas qapıçısı Antoni Morisin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycana qarşı keçiriləcək oyunda iştirak etməyəcəyi dəqiqləşib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Lüksemburq mətbuatı məlumat yayıb.

Belçikanın "Yunion" klubunda çıxış edən 31 yaşlı qolkiperin koronavirus testinin cavabı müsbət çıxıb.

Onun əvəzinə yığmaya "Fola" komandasının üzvü Manu Kabralın cəlb olunacağı gözlənilsə də, baş məşqçi Lük Holts başqa qərar qəbul edib. 52 yaşlı mütəxəssis ata olacağı üçün yığmanın düşərgəsinə qoşulmaq istəməyən digər qapıçı Ralf Şonu fikrindən daşındıra bilib. Beləliklə, Bakıdakı oyunda Morisi Norveçin "Brann" klubunun qolkiperi əvəzləyəcək.

Noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.