İdman

"Bazel"in baş məşqçisi: "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm"

8 Noyabr 2021 11:28
0 Şərh     Baxış: 1 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalib gəlsəydik belə, yenə növbəti görüşdə mütləq qələbə qazanmalı idik. Yəni, bu nəticə heç nəyi dəyişməyəcək".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen Kiprdə "Omoniya" ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunu barədə "Telebasel" nəşrinə açıqlamasında deyib.

52 yaşlı mütəxəssis V turda "Kayrat"la Qazaxıstandakı görüşdə 3 xala ehtiyaclarının olduğunu bildirib: "Çünki "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm. Biz öz oyunumuza baxmalıyıq. Hələlik qrup lideri olmaq şansımız var".

Qeyd edək ki, 4 oyundan sonra "Qarabağ" 10 xalla H qrupunda liderdir. "Bazel" 8 xalla ikinci pillədə qərarlaşıb. Hər iki komanda UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

V turda "Omoniya"nı qəbul edəcək Ağdam təmsilçisi sonuncu - VI turda "Bazel"in qonağı olacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.