İdman

"Qarabağ"ın futbolçusu ən çox kobudluq edənlərdəndir

7 Noyabr 2021 16:32
0 Şərh     Baxış: 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konfrans Liqasının qrup mərhələsinin 4-cü turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ən kobud oynayan futbolçular sırasında "Qarabağ"ın üzvü Patrik Andrade də var.  Kabo-verdeli qrup mərhələsinin ilk 4 turunda rəqiblərə ən çox cərimə zərbəsi qazandıran oyunçudur. 28 yaşlı yarımmüdafiəçi 12 dəfə kobudluqla yadda qalıb ki, bu göstəricidə qrupdakı rəqiblərdən "Kayrat"ın hücumçusu Joze Kante ilə birlikdə liderliyi bölüşür. Ağdam təmsilçisinin digər yarımmüdafiəçisi Kadi Borqesdə bu say 10-a bərabərdir. Braziliyalı vinger 5-ci yerə şərikdir.

Kadi kobudluğa ən çox məruz qalan ikinci futbolçudur. Rəqiblər onu 13 dəfə cərimə bahasına dayandırmalı olublar. Bu göstərici üzrə lider Jair (HİK) Kadidən 1 cərimə öndədir. Ağdamlıların digər hücumameyilli oyunçusu Abdullah Zubir isə 9 dəfə kobudluğa məruz qalıb.

Qeyd edək ki, H qrupunda yer alan "Qarabağ" ilk 4 turda 10 xal toplayaraq, pley-offa vəsiqəni təmin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.