İdman

2 zərbə, 2 qol – “Qarabağ” Şahruddinə minnətdar olmalıdır

4 Noyabr 2021 22:19
0 Şərh     Baxış: 1 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın "Kayrat"la matçının statistikası açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Konfrans Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən görüşün göstəricilərini UEFA hesablayıb.

Almatıda təşkil olunan oyunda Azərbaycan təmsilçisi minimal hesabla (2:1) qələbə qazanaraq, xallarının sayını 10-a yüksəldib.

Statistikaya nəzər yetirdikdə əksər göstəricilər bərabər səviyyəli mübarizənin getdiyindən xəbər verir. Əsas diqqətçəkən məqam "Qarabağ"ın rəqibdən iki dəfə az zərbə imkanı qazanmasıdır. Azərbaycan klubu çərçivəyə düşən toplarda isə 100 faizlik nəticə göstərib. Qurban Qurbanovun yetirmələrinin 90 dəqiqə ərzində cəmi iki dəqiq zərbəsi olub ki, bu da qolla nəticələnib.

Bu mənada "Qarabağ" qələbəyə görə, qapıçı Şahruddin Məhəmmədəliyevə minnətdar olmalıdır. Çünki komandamızın qapısına 8 dəqiq zərbədən yalnız 1-də rəqib toru silkələməyi bacarıb.

"Kayrat" - "Qarabağ"
Qollar - 1:2
Zərbələr - 15:8
Çərçivəyə zərbələr - 8:2
Çərçivəyə düşməyən zərbələr - 3:5
Bloklanan zərbələr - 4:1
Künc zərbələri - 1:6
Oyundankənar vəziyyət - 1:0
Topa sahibolma faizi - 50:50
Ötürmələr - 413:430
Dəqiq ötürmələr - 304:311
Ötürmələrin dəqiqlik faizi - 74:72
Sarı vərəqələr - 3:1
Qayda pozuntuları - 19:8

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.