İdman

Futbolçumuzun oynadığı komandadan qələbə

31 Oktyabr 2021 20:30
0 Şərh     Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Axmat"la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.
 
"Ufa" 13 turdan sonra 13 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.