İdman

Erməni boksçu dünya çempionatından kənarlaşdırılıb

31 Oktyabr 2021 15:37
0 Şərh     Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanı təmsil edən erməni boksçu Edmond Xudoyan Serbiyanın paytaxtı Belqradda davam edən dünya çempionatından kənarlaşdırılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, buna 48 kq-da mübarizə aparan idmançının yaponiyalı Kazumo Aratakeyə qarşı 1/8 final görüşündə qaydaları pozması səbəb olub.

Bir neçə dəfə hakimdən xəbərdarlıq alan Xudoyan nəticədə diskvalifikasiya edilib və texniki məğlubiyyət alıb.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan boksçuları da qüvvəsini sınayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.