İdman

Əfsanəvi boksçunun əsərləri 1 milyona satıldı - FOTO

6 Oktyabr 2021 17:48
0 Şərh     Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi boksçu Məhəmməd Əlinin nadir eskiz və rəsm kolleksiyası təxminən 1 milyon dollara satılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mərhum boksçunun çəkdiyi 26 əsər Nyu-Yorkda hərraca çıxarılıb. "Arı kimi sancmaq" adını verdiyi rəsm 425 min dollara alıcı tapıb. Bu da satış öncəsi təxmin edilən qiymətdən 10 dəfə çox olub.

Məhəmməd Əlinin 1967-ci ildə İslam və Xristianlığı müqayisə edən eskizi 24 min dollara, 1979-cu ildə üzərində "Səni sevirəm Amerika" sözləri yazılmış rəsm əsəri isə 150 min dollara satılıb.

Əsərlərin ümumi qiyməti gözlənilən məbləğdən 3 dəfə çox olmaqla 945 min 524 dollar təşkil edib.

Qeyd edək ki, məşhur boksçu 2016-cı ildə 74 yaşında parkinson xəstəliyindən dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.