İdman

Mahir Emreli "Lester"ə qol vurdu - YENİLƏNİB - VİDEO

30 Sentyabr 2021 22:59
0 Şərh     Baxış: 2 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22:59

Azərbaycan millisinin futbolçusu Mahir Emreli avrokubokların qrup mərhələlərində ilk qolunu vurub.

24 yaşlı hücumçu buna İngiltərə "Lester"inə qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda nail olub.

Forvard 31-ci dəqiqəsində fərqlənərək, komandasını hesabda önə keçirib - 1:0.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır. Mahir Emreli 2015-ci ildən 2021-ci ilin yayınadək "Qarabağ"ın formasını geyinib. O, bu müddət ərzində qrup mərhələlərində rəqib qapılarına yol tapa bilməyib.

22:18

UEFA Avropa Liqasının C qrupunda keçirilən "Legiya" - "Lester" matçında hesab açılıb.

Varşava təmsilçisinin azərbaycanlı hücumçusu Mahir Emreli 31-ci dəqiqədə topu rəqib qapısından keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.