İdman

Pullarını tələb edən oyunçular döyülüblər

21 Sentyabr 2021 21:19
0 Şərh     Baxış: 1 798

Özbəkistanın "Surxan" komandasının sabiq futbolçuları Javoxir Esonkulov və Akrom Xodjayev rəhbərlikdən məvaciblərini tələb etdikləri üçün döyülüblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə oyunçular "podrobno.uz" saytına açıqlamasında deyiblər.

Futbolçuların sözlərinə görə, klub rəsmiləri onlara taxta dəyənəklərlə xəsarət yetiriblər. Esonkulov hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. O, 4 nəfər tərəfindən döyüldüyünü bildirib.

Daha sonra Esonkulovun həyat yoldaşı Ruşana Mirsadıkova instaqram səhifəsində ərinin fotosunu paylaşaraq, onun fiziki təzyiqə məruz qaldığını yazıb: "Əvvəlcə klubdan oyunçulara deyilib ki, maaşları ödəməyə hazırdırlar. Bundan sonra onlar ofisə dəvət olunublar. Klubun ofisinə ilk olaraq Xodjayev getdiyi üçün əvvəlcə onu otağa salıblar. Futbolçunu pəncərədən atacaqları ilə bağlı hədələyiblər. Ardınca isə ərimi döyüblər. Hadisənin ört-basdır etmək üçün onlara yeni köynəklər geyindiriblər".

Mirsadıkova klub rəhbərliyinin futbolçuların heç bir quruma müraciət etməmələri üçün onları hədələdiyini əlavə edib: "Oyunçulara deyilib ki, onsuz da heç kəs sizə kömək etməyəcək".

"Surxan" klubu isə məlumatı təkzib edib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.