Millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Fatih Tekke avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin olunmuşdu. Onun gəlişindən sonra Bursa təmsilçisi 1-ci liqada 4 oyuna cəmi 4 xal qazanıb.
Milli.Az