Namiq Ələsgərovun baş məşqçisi istefaya göndərildi

19 Sentyabr 2021 19:39

Millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Fatih Tekke avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin olunmuşdu. Onun gəlişindən sonra Bursa təmsilçisi 1-ci liqada 4 oyuna cəmi 4 xal qazanıb.

Milli.Az