İdman

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

18 Sentyabr 2021 14:48
0 Şərh     Baxış: 2 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronaldo ilə ailəsi onların səsindən narahat olduqları üçün köçmək qərarına gəliblər.

Futbolçu bu bu haqda "The Sun" nəşrinə verdiyi müsahibəsi zamanı bildirib:

"Yaşadığımız malikanənin mənzərəsi çox gözəldir. Ətraf yaşıllıqlarla doludur. Buna görə də villanın yerləşdiyi ərazidə çoxlu qoyunlar olur. Qarşıdakı yoldan isə evin içi tamamilə görünür. Qoyunların səsi isə bizi yuxudan oyadır. Bu narahatlıq səbəbindən evdən köçmək qərarına gəldik".

Bundan sonra Ronaldo Mançester şəhərində yerləşən 3 milyon funt-sterlinq (təxminən 7 milyon AZN) dəyərində olan evinə yerləşib. Onun yeni malikanəsinin 7 yataq otağı, kino zalı və geniş hovuzu var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.