İdman

"Neftçi"nin sabiq prezidenti koronavirusdan vəfat etdi

3 Sentyabr 2021 07:09
0 Şərh     Baxış: 2 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış idman ustası, "Neftçi" klubunun sabiq prezidenti, bir çox mükafatların qalibi Aydın İbrahimov koronavirusdan dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə onun nəvəsi Nərminə Məmmədova məlumat verib.

A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatının qalibi olub. O, 1963-cü ildə Bolqarıstanda, 1966-cı ildə isə Almaniyada qızıl medal qazanıb. İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Nailiyyətlərinə görə SSRİ-nin əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə "Neftçi" klubunun ilk prezidenti olub.

Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.