İdman

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

27 Avqust 2021 12:12
0 Şərh     Baxış: 3 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda növbəti oyununu keçirib.

Milli.Az xəbər verir ki, 24 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsinin cavab matçının iştirakçısı olub.

O, Çexiya "Slaviya"sı ilə ev qarşılaşmasına start heyətində başlayıb. Səfərdəki oyunda (2:2) komandasının ilk qoluna imza atan Mahir bu dəfə də fərqlənib.

Hesabi ilk yarının sonlarında Çexiya təmsilçisi açıb. Hücumçumuz 59-cu dəqiqədə hesabda tarazlıq yaradıb. 11 dəqiqə sonra Emreli dublunu rəsmiləşdirərək komandasını hesabda önə çıxarıb. O, görüşün 80-ci dəqiqəsində əvəzlənib.

Bu qələbə "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə daşıyıb. "Slaviya" isə Konfrans Liqasının qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkü sabah atılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.