İdman

"Qarabağ" əl-Tamarini gətirir? - AÇIQLAMA

23 Avqust 2021 09:30
0 Şərh     Baxış: 1 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçikanın "Leven" klubunda çıxış edən Musa əl-Tamarinin adı "Qarabağ"la hallanır. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, yaxın keçmişdə APOEL-in futbolçusu kimi Ağdam klubuna qarşı oynayan iordaniyalı hücumçunun karyerasını Azərbaycanda davam etdirmək istədiyi deyilir. 

Xəbəri "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə təsdiqlədi. Saytımıza açıqlama verən Abbaszadə bunları bildirdi: "Bəli, əl-Tamarinin transferi müzakirə olunub. Onunla danışıq aparılıb. Futbolçu "Qarabağ"da çıxış etməyə müsbət yanaşır. Sadəcə, klubu ilə anlaşmaq mümkün olmayıb. Söhbət hansısa transfer məbləği ilə bağlı fikir ayrılığından getmir. "Leven" əl-Tamarini buraxmaqda maraqlı deyil". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.