İdman

"Sabah"ın futbolçusu karantin qaydalarını pozub - FOTO

22 Avqust 2021 20:00
0 Şərh     Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sabah"ın futbolçusu Aleksey İsayev növbəti qalmaqalla gündəmə gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, 26 yaşlı yarımmüdafiəçisi bu dəfə karantin qaydalarını pozub.

Təqribən 3 gün öncə koronavirusa yoluxduğu üçün təcrid olunan oyunçu gəzintiyə çıxıb və bununla bağlı şəxsi instaqram səhifəsində paylaşım edib. Dağüstü parkdan foto paylaşan İsayev pandemiyanın geniş yayıldığı dönəmdə digərlərinin də həyatını təhlükəyə atıb.

Hadisənin üstü açıldıqdan sonra fotonu silən futbolçu daha sonra bunu təkzib edib.

Qeyd edək kİ, Aleksey İsayev daha əvvəl sosial şəbəkədəki paylaşımına şərh yazan erməni dostunu "qardaş" adlandırmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.