İdman

Ukraynadakı futbol matçında məşqçi hakimi döyüb

19 Avqust 2021 18:18
0 Şərh     Baxış: 1 060
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Kubokunun II turunda "Olimpiya" və "Volçansk" komandaları arasında keçirilmiş matçda qalmaqal yaşanıb.

Milli.Az report-a istinadən bildirir ki, "Olimpiya"nın futbolçuları və məşqçiləri qarşılaşma başa çatandan sonra baş hakimə etirazlarını bildirib.

Onlar qapılarına təyin edilən penaltinin doğru qərar olmadığını söyləyiblər. Daha sonra meydan sahiblərinin məşqçisi Aleksandr Kulik qəzəblənərək hakimə hücum edib və onu döyməyə başlayıb. Mütəxəssisi oyunçular sakitləşdirə bilib.

Qeyd edək ki, matç "Volçansk"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.