İdman

"Böyük məbləğ olmasa da, mükafat olacaq" - Aftandil Hacıyev

14 Avqust 2021 22:42
0 Şərh     Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, ilk matçların hər zaman həyəcanlı keçdiyini deyib: "Maraqlı oyun alındı. "Sabah"la səfər matçının ağır olacağını bilirdik. Heyətimizə yeni oyunçular cəlb etmişik. Hələ tam komplektləşməmişik. Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Bu oyunu unudub, növbəti matça köklənməliyik".

A.Hacıyev qələbəyə görə mükafat olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Rəhbərlik bu qələbəmizin qiymətləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, mükafat olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.