İdman

"Aberdin"in müdafiəçisi "Qarabağ"la baş tutacaq oyundan danışdı: "Bizim üçün böyük şansdır"

14 Avqust 2021 12:29
0 Şərh     Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"la pley-off matçları bizim üçün çox vacibdir. Bu, qrup mərhələsinə düşməyə can atan futbolçularımız üçün böyük şansdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bu fikirləri Şotlandiyanın "Aberdin" klubunun futbolçusu Endryu Konsidayn "eveningexpress" nəşrinə açıqlamasında "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunları barədə danışarkən deyib.

34 yaşlı müdafiəçi bildirib ki, avrokuboklarla yanaşı, ölkə çempionatında da uğur qazanmaq istəyirlər: "Bu, bizim başlıca məqsədimizdir. Avrokubokların əsas çətinliyi 3-4 gündən bir oyun keçirməkdir. Amma biz ötən tur səfərdə "Livinqston"u məğlub etməklə bu işin də öhdəsindən gələ biləcəyimizi göstərdik".

Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 17-də, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.