İdman

Şahmatçımız Avropa çempionatında üçüncü qələbəsini qazanıb

12 Avqust 2021 07:25
0 Şərh     Baxış: 620

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şahmatçılarımızdan Günay Məmmədzadə qitə çempionatında üçüncü qələbəsini qazanıb. Digər təmsilçilərimiz Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova 3 turda 2 xal toplayıblar. Türkan Məmmədyarova, Xəyalə Abdulla 1,5, Ayan Allahverdiyeva, Nəsrin Babayeva, Zeynəb Məmmədyarova 1 xala malikdirlər.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.