Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, şahmatçılarımızdan Günay Məmmədzadə qitə çempionatında üçüncü qələbəsini qazanıb. Digər təmsilçilərimiz Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova 3 turda 2 xal toplayıblar. Türkan Məmmədyarova, Xəyalə Abdulla 1,5, Ayan Allahverdiyeva, Nəsrin Babayeva, Zeynəb Məmmədyarova 1 xala malikdirlər.
Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.
Milli.Az