İdman

Hacı Əliyev karyerasını bitirir?

7 Avqust 2021 20:39
0 Şərh     Baxış: 1 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan güləşçisi Hacı Əliyev (65 kq.) Tokio-2020-də finalda uduzaraq gümüş medal qazanması barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  idmançımız rəqibin fiziki cəhətdən zəif olduğunu bildirib: "Rəqib fiziki cəhətdən zəif idi. Mən isə final görüşü üçün yaxşı fikirləşmişdim, hər şeyi düzgün qurmuşdum. Bunu döşəkdə də hiss edirdim. Amma rəqib sonuncu saniyələrdə ayağıma girdi. Görüş ərzində 5-6 dəfə ayağıma girmək istədi. Amma yaxşı müdafiə olundum və ayağımı vermədim. Sonda isə ayağımı verdim. Ancaq rəqib heç nədən görüşü saxlayırdı. Güya ki, zədə almışdı. Tez-tez görüşü saxlayır və güləşə zidd hərəkətlər edirdi. Kəllə vururdu və cırmaq atırdı. Qızıl medal üçün hər şeyi etmişdim, çox əziyyət çəkmişdim. Demək qismətimizdə bu var imiş".

Hacı hakimin qərarlarından razı qalıb-qalmadığı barədə sualı belə cavablandırıb: "Məncə hakim haqsız deyildi. Mən istəmərəm ki, ədalətsiz danışım. Rəqib axıra yaxın qaçırdı və bir xal fərqi ilə məğlub oldum. Əlimdən gələni etdim".

30 yaşlı güləşimiz Tokio-2020-nin onun qatıldığı son Olimpiya Oyunları ola biləcəyini də deyib: "Neçə illərdir ki, mənə güləşdə verilən tapşırığı layiqincə yerinə yetirirəm. Bəlkə də  bu, son olimpiadamdır. Amma təəssüflənmirəm. Medal qazana bilməyən idmançılarımız da oldu".

Qeyd edək ki, Hacı finalda akuto Otoquro (Yaponiya) ilə qarşılaşaraq 4:5 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.