İdman

Azərbaycan əsilli idmançı məşhur turnirdə növbəti döyüşünə çıxacaq

4 Avqust 2021 16:46
Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstanı təmsil edən Azərbaycan əsilli MMA idmançısı Rafael Fiziyev UFC-də növbəti döyüşünü keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Fiziyev UFC-265 turniri çərçivəsində Bobi Qrinlə qarşılaşacaq.

Bu görüş ABŞ-ın Hyuston şəhərində baş tutacaq. Turnir avqustun 8-də keçiriləcək.

Qeyd edək ki, "Ataman" ləqəbli Rafael Fiziyev indiyədək cəmi bir dəfə məğlub olub. Onun amerikalı rəqibi isə 27 görüşdə qalib gəlib, 11-də uduzub. Daha bir görüşü isə heç-heçə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.