İdman

Gürcüstanın iki gümüş mükafatçısı Olimpiadadan qovuldu - FOTO

1 Avqust 2021 13:23
0 Şərh     Baxış: 1 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstandan olan iki cüdoçu, COVID-19 məhdudiyyətlərini pozduğuna görə Olimpiadadan kənarlaşdırılıblar. Onların artıq Tokionu tərk etdiyi bildirilir.

Milli.Az bildirir ki, bu barədə "Kyodo" məlumat yayıb.

Agentlikdən cüdoçuların şəhərin görməli yerləri üçün Olimpiya Kəndini tərk etdikləri, bununla da kronavirus məhdudiyyətlərini pozduqları üçün Oyunlardan qovululduqları bildirilir.

İdmançıların Tokio qülləsinin qarşısında bir neçə nəfərlə şəkil çəkdirdikləri də vurğulanıb.

Qeyd edək ki, bu, Olimpiadanın başlanmasından bəri idmançıların akkreditasiyadan məhrum edilməsi ilə bağlı ilk hadisədir.

Uzaqlaşdırılan idmançıların Olimpiya gümüş mükafatçıları Vaja Marqvelaşvili və Laşa Şavdatuaşvili olduğu bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.