Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland "Çelsi"nin onun üçün 170 milyon avro təklif etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Dünən kimi agentimlə danışmamışam. Ümid edirəm ki, bu yazılanlar sadəcə şayiədir. Çünki bir oyunçu üçün bu, çox böyük məbləğdir.
Klubumla 3 illik müqaviləm qalıb. "Borussiya" mənim xoşuma gəlir".
Milli.Az