İdman

“28 ildir, onunla oyunu gözləyirdim” - Məmmədyarov

11 İyul 2021 10:16
1 Şərh     Baxış: 2 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour"un blits turnirinin 6-cı turunda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Məmmədyarov sosial şəbəkədə qələbə sevincini paylaşıb.

"28 ildir, şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Oyunları inanılmaz olub. 28 ildir, hər zaman onunla oyunu gözləyirdim və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir. O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası", - deyə Məmmədyarov qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.