İdman

AVRO-2020-də ağlayan qız üçün 34 min avro yığıldı

5 İyul 2021 09:34
1 Şərh     Baxış: 2 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AVRO-2020-nin 1/8 finalı çərçivəsində İngiltərə-Almaniya matçı zamanı komandasının məğlubiyyətinə görə ağlayan almaniyalı azarkeşə dəstək kampaniyası keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Coel Haqs adlı "Twitter" istifadəçisi məlumat verib.

Onun sözlərinə görə, kampaniya britaniyalıların heç də hamısının pis insan olmadığını göstərmək məqsədi daşıyıb.

Belə ki, Almaniya millisinin məğlubiyyətinə görə ağlayan qızın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra, britaniyalı istifadəçilər onun ünvanına sərt tənqidlər yağdırıb, ölkəsinin nasist keçmişini xatırladıblar.

Qeyd edək ki, iyunun 29-da keçirilən matç İngiltərənin 2:0 hesablı qələbəsilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.