İdman

Cüdoçularımızdan dörd medal

4 İyul 2021 09:40
0 Şərh     Baxış: 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Milli.Az xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

Belə ki, oğlanların mübarizəsində Xəyal Həsənov (50 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. Gümüş medalı 60 kiloqram çəki dərəcəsində yarışan Aydın Rzayev qazanıb.

Qızların yarışında isə Aydan Vəliyeva millimizə gümüş medal qazandırıb. Beləliklə, milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. Beynəlxalq yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.