İdman

Gənc sərbəst güləşçimiz Avropa çempionatında daha bir qızıl medal qazanıb

30 İyun 2021 23:05
0 Şərh     Baxış: 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daha bir gənc sərbəst güləşçimiz Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən əlumata görə, milli komandamızın üzvü Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. C.Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Görüş boyunca gah bu, gah da digər güləşçi hesabda önə çıxıb. Əzmkarlıq nümayiş etdirən C.Hüseynov son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb.

C.Hacıyev iyunun 30-da keçirilən həlledici görüşdə tam üstünlüklə türk həmkarına qalib gələrək komandamıza 3-cü qızıl medalı qazandırıb.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (61 kq) və Turan Bayramov (70 kq) da Avropa çempionatında qızıl medal qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.