İdman

"Xarakter göstərdik, amma..." - Modriç

29 İyun 2021 20:40
0 Şərh     Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təsadüfi  qoldan sonra oyundan liderliyi ələ aldıq. İspaniya  ən azı ilk 60 dəqiqəni daha yaxşı oynadı. Onlara rahat oynamağa icazə verdik. Daha çox hücum etməyə başladığımızda isə oyun bizim üçün yaxşı keçdi, çox şans yaratdıq, sonra hesabı bərabərləşdirməyi bacardıq".

Milli.Az UEFA-nın saytına isitnadən xəbər verir ki, bu sözləri Xorvatiya millisinin futbolçusu Luka Modriç Avro-2020-nin 1/8 finalında İspaniyaya 3:5 hesabı ilə uduzduqları matçı şərh edərkən deyib.

O, yaxşı oyun və xarakter göstərdiklərini bildirib:  "Əlavə vaxtın əvvəlində oynayırdıq, amma iki yaxşı şansdan istifadə edə bilmədik. Sonra oyun bizim xeyrimizə getmədi və bir qələbə qazana bilmədik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.