İdman

Mbappe üzr istədi

29 İyun 2021 18:18
0 Şərh     Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa millisinin futbolçusu Kilian Mbappe Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzduqları oyunu (3:3, penaltilər seriyası - 4:5) şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın sonuncu penalti zərbəsini düzgün yerinə yetirə bilməyən 22 yaşlı hücumçu özünün "İnstaqram" səhifəsində yazıb:

"Bunu unutmaq çətin olacaq. Penaltini qaçırdığım üçün məyusam. Buna görə üzr istəyirəm. Komandaya kömək etmək istədim, amma heç nə olmadı. Yuxuya getmək çətin olacaq, amma təəssüf ki, bu idman növünün enişli-yoxuşlu hissələri var. Bilirəm ki, siz azarkeşlər məyus oldunuz, amma yenə də dəstəyiniz və hər zaman bizə inandığınız üçün sizə təşəkkür etmək istərdim. Ən əsası qarşıdakı turnirlər üçün daha da güclənməkdir. İsveçrəni təbrik edirəm və uğurlar arzulayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.