İdman

"Daha güclü olacağıq, irəli, Portuqaliya!"

28 İyun 2021 18:12
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İstənilən nəticəni əldə edə bilmədik. Turnirlə istəmədiyimiz bir vaxtda vidalaşdıq. Ancaq bura qədər  gəldiyimiz yolumuzla fəxr edirik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri İnstaqram hesabındakı paylaşımında Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yazıb.

36 yaşlı hücumçu Avro-2020-nin 1/8 finalında Belçikaya uduzaraq turnirlə vidalaşdıqları oyundan sonra ilk dəfə bu barədə fikirlərini bildirib. O, komandasının daha güclü olacağını qeyd edib:

"Titulumuzu qorumaq üçün əlimizdən gələni etdik. Bu komanda sübut edib ki, portuqaliyalılara sevinc bəxş edə bilir. Azarkeşlər ilk dəqiqədən son dəqiqəyə qədər yorulmadan bizə dəstək oldular. Etibarlarını doğrultmaları üçün mübarizə apardıq. İstədiyimiz yerə çatmağı bacarmadıq, ancaq sizə ürəkdən minnətdarıq.

Belçikanı təbrik edirəm və qalan komandalara uğurlar arzulayıram. Daha güclü olacağıq. İrəli, Portuqaliya!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.