İdman

"Biz təkcə final yox, çempionluq barədə də düşünürük" - Frank de Bur

27 İyun 2021 14:22
0 Şərh     Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əgər yarımfinala vəsiqə qazansaq, bu, bizim üçün yaxşı nəticə sayılacaq".

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Niderland millisinin baş məşqçisi Frank de Bur deyib.

Niderland "Avro-2020"nin 1/8 final mərhələsində bu gün Çexiya ilə qarşılaşacaq.

Oyun ərəfəsində de Bur bildirib ki, yekun nəticədə onlar Amsterdam kanalları ilə çempionluq səyahəti etmək istəyirlər: "Biz təkcə finala çıxmağı deyil, "Avro-2020"nin çempionu olmaq istəyirik. Bu zaman turnir həqiqətən bizim üçün əsl uğur olar. İndi isə komandamız yalnız Çexiya ilə oyuna köklənib. Qalib gəlmək üçün çox iş görməliyik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.