İdman

Pərviz Abdullayev bu dəfə İstanbulda döyüşəcək

23 İyun 2021 16:18
0 Şərh     Baxış: 1 875
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək. 

Milli.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı iyunun 26-da Türkiyənin İstanbul şəhərində təşkil olunacaq "Akın döyüş arenası" turnirində qüvvəsini sınayacaq. 

Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma "Yahya Kemal Beyatlı Göstəri Mərkəzi"ndə baş tutacaq. 

Qeyd edək ki, bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.