Türkiyə qrupdan necə çıxa bilər? - 2016 təcrübəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avro-2020-nin qrup mərhələsinə uğursuz başlayan Türkiyə İtaliya və Uelsə məğlub oldu. Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, AÇ-nin seçmə mərhələsində uğurlu oyunu ilə könül oxşayan komanda final mərhələsinə çox uğursuz başladı.
İtaliya qarşısında aciz görünən "ay ulduzlular" Uelslə matçda da heç nə ilə yadda qalmadı. Futbolçuları Avropanın bir çox çempionatlarında çıxış edən yığmadan çox şey gözlənilsə də, əksi baş verdi. İki oyuna qapısında 5 qol görən Şenol Günəşin komandası qrupdan çıxmaq şansını möcüzələrə saxlayıb.
Bildiyimiz kimi, UEFA ilk dəfə Avropa çempionatını 24 komanda ilə təşkil edir və burada 4 ən yaxşı qrup üçüncüsü də 1/8 finala adlayacaq. İsveçrə ilk matçda Uelslə 1:1-lik heç-heçə etsə də, İtaliyaya 0:3 hesabı ilə uduzdu. Bununla da Türkiyə isveçrəliləri məğlub etməklə 3-cü pilləyə sahib çıxa bilər.
.jpg)
Hazırki durumda Türkiyə qrup sonuncusudur. 3-cü pilləyə yüksəlmək üçün isə mütləq şəkildə son turda İsveçrə üzərində qələbə qazanılmalıdır.
Qardaş ölkə yığması qrupdan necə çıxa bilər?
Öncə xallar bərabər olduğu zaman sıralama necə müəyyən ediləcək ona baxaq...
1. Komandalar arasındakı qol fərqinə baxılacaq.
2. Komandalar arasında vurulan qolların sayına baxılacaq.
3. Qrupdakı qol sayına baxılacaq.
4. Qrupda ümumi vurulan qol sayına baxılacaq.
5. Fair-play xallarına baxılacaq.
6. Seçmələrdə ümumi sıralamaya baxılacaq.
Ən yaxşı 4 3-lük necə müəyyən ediləcək?
1. Ən çox xal toplayan komandalar seçiləcək.
2. Əgər xal sayına bərabərlik olarsa, komandaların qrupdakı qol fərqinə baxılacaq. Kim daha çox qol vurub, az qol buraxıbsa, o, 1/8 finala adlaya bilər.
3. Komandaların vurduğu qol sayına baxılacaq.
4. Fair-play xallarına baxılacaq.
5. Seçmələr vaxtı ümumi sıralamaya baxılacaq. Bütün bunlar nəzərə alındıqdan sonra ən yaxşı qrup 3-cüsü növbəti mərhələyə adlayacaq.
.jpg)
Türkiyənin qrupdan çıxmaq şansları nə qədərdir?
Əvvəlcə bunun üçün Türkiyə İsveçrəni məğlub edib, digər komandaların nəticələrinə də ümid bəsləyəcək.
Türkiyə 2016 Avropa çempionatında da belə duruma düşmüşdü. Xorvatiyaya 0:1 və İspaniyaya 0:3 hesabları ilə uduzan komanda Çexiyanı 2:0 hesabı ilə məğlubiyyətə uğratmışdı. Ən yaxşı 3-cü yer kimi qrupdan çıxmaq şansı olsa da, Portuqaliya və Şimali İrlandiyadan zəif olan nəticəsinə görə bunu bacarmamışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"
-
Acunun “Hall Siti"sinin futbolçusunun maşını aşdı
-
Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib
-
"Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
-
Deputat idi, indi "Qocalar evi"ndə qalır - (Video)
-
Prezident İlham Əliyev: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
-
Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
-
Azərbaycanda sulu qar yağdı - Faktiki hava
-
“Abi” ləqəbli Elmin Mehdiyev məşhur türk aparıcının qonağı oldu - (Video)
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
-
Türkiyədə mədən qəzasında ölənlərin sayı 5-ə çatdı
-
Ukraynada həlak olan azərbaycanlı dəfn edildi
-
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərdi
-
Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin üçüncü günü başlayıb
-
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)
-
Andlı-qanlı qardaşlar və çağırılmamış qonaq: husilər Körfəzi barışdırdı, İsraili süfrəyə gətirdi
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - (Foto)
-
Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"
-
Bakıda CAMCA Regional Forumunun ikinci günü keçirilir - (Foto)
-
Vəfa Şərifova görünüşünü dəyişdirdi - (Video)
-
Azərbaycanda hava kəskin dəyişir: FHN-dən xəbərdarlıq
-
Acunun “Hall Siti"sinin futbolçusunun maşını aşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
Döymə etdirən hər kəsdə müşahidə olunur: Alimlərdən xəbərdarlıq
-
Uzatma kabelləri tarixə qovuşur





