İdman

Türkiyə - Uels oyununa neçə min bilet satılıb?

16 İyun 2021 09:59
Baxış: 1 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AVRO-2020-nin qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək Türkiyə - Uels oyununda anşlaq gözlənilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi Bakı Olimpiya Stadionundakı qarşılaşma satışa çıxarılan 31 min biletdən 25 mininin artıq satıldığını söyləyib. O, bu görüşü izləmək üçün Türkiyədən 4000-ə yaxın azarkeşin Bakıya gələcəyini bildirib. Uelsin isə matçda 300 tərəfdarı olacaq.

Oyun saatına qədər qalan biletlərin də satılması gözlənilir. Bu isə o deməkdir ki, koronavirus pandemiyasından bəri Bakıda ilk dəfə belə böyük azarkeş kütləsi oyun izləyəcək.

Qeyd edək ki, bu gün keçiriləcək Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.