İdman

“Hər zaman gözlənilməzi gözləməlisiniz” - Mərhum nazirin oğlu danışdı

4 İyun 2021 13:30
Baxış: 3 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Formula-1" ictimaiyyətini həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğumuzu bildirməkdən olduqca məmnunuq".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqasının (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.

Yarışla bağlı düşüncələrini bölüşən Rəhimov bildirib ki, sürprizlər qaçılmazdır: "Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən Bakı Şəhər Halqasının bütün kollektivi ilə fəxr edirəm. "Formula-1" bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarışdan çox vaxt keçib və mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm. Bir şey dəqiqdir: söhbət "Formula-1" Azərbaycan Qran-prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz!"

Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi bu gün start götürəcək və 3 gün davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.